“Mən yetim ağlaya-ağlaya oynamışam”

“Müğənnilərə nə var, fonaqramı qoşub oxuyurlar”

“Ölkə.Az” milli.az-a istinadən xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Canım sizə desin” adlı yeni layihənin ilk qonaqlarından olan Rəna Ağamuradova deyib.

O, maraqlı açıqlamaları ilə diqqət çəkib:
“Günorta saat 5-dən çıxıram bir də gecə qayıdıram. Mən yetim bütün günü işləyirəm. Günə 7-8 banket gəzirəm. Ayaqlarım oynamaqdan damar-damardır. Müğənnilərə nə var, fonaqramı qoşub oxuyurlar. Biz xəstəlik, qızıdırma nədir bilmirik. O qədər olub ki, çönüb burnumu silmişəm təzədən ağlaya-ağlaya oynamışam”.