Ərəb bloger Ali Əthab Azərbaycana gələn turistlərin həyat tərzi haqqında reportaj hazırlanıb.

Minval.İnfo xəbər verir ki, bloger Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarəında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS xəstəliyinə tutulur. Blogerin iddiasına görə Bakıda 8 min ərəb sözügedən xəstəliyə yoluxub.

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də qeydə alınıb.  Blogerin çəkdiyi görüntülərdə bu tipli hadisələrdə adı tez-tez hallanan “İnfiniti” klub da yer alıb. Klubun içərisində, qapısının önündə çəkilən görüntülər buranın adi gecə klubu olmadığını sübut edir.

HƏMÇİNİN OXU! – “Gecələr cinsi münasibət üçün azərbaycanlı qız axtarırlar, sonra da…” – Üzünü gizlədən Sevincdən şok sözlər (VİDEO)

Ərəb blogerin çəkdiyi görüntülərin bir qismini təqdim edirik:

Minval.İnfo