Madirin “Real” klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldonun transfer qiymətini səsləndirib.

Oxu.Az xəbər verir ki, bu haqda “El Mundo” nəşrində məlumat yayılıb.

Məlumata əsasən, klub rəhbərliyi onu azı 200 milyon avroya satmaq niyyətindədir.

Ronaldonun klubla olan müqaviləsi 2021-ci ilə qədər qüvvədədir. Futbolçu müqavilədə bəzi şərtləri yeniləməyi xahiş etsə də, onun bu istəyi təmin olunmayıb.

Ronaldo klubda qalması üçün “Real”ın ona illik 80 milyon avro ödəməsini tələb edirdi.

Minval.İnfo