“Real” rəqibinə futbol dərsi keçdi

İspaniya Kubokunun 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

“Ölkə.Az” xəbər verir ki, “Real Madrid” öz meydanında “Melilla”nı qəbul edib. Qarşılaşma ev sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb. Kral klubunun baş məşqçisi Santyaqo Solari əsas heyətin bir çox oyunçusunu meydana buraxmayıb. Görüş “Real”ın 6-1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma da “Real Madrid”in (4-0) qələbəsi ilə bitmişdi.

Qollar: Asensio 33, 35; Xavier Sançes Felipe 39; İsko 47, 83; Vinisus Yunior 75; – Yacine Qasmi 81 (penalti)

Minval.İnfo