İyunun 3-ü Braziliya və Xarvatiya millilərinin matçı zamanı görüşən “Real Madrid”-in ulduzları Marselo, Kovaçiç və Modriç “Liverpul” azarkeşlərinin hiddətinə səbəb olub.

Minval.İnfo xəbər verir ki, Enfilddə keçirilən oyundan sonra Mateu Kovaçiç sosial şəbəkədə şəkil paylaşıb. Şəkildə “Real Madrid”-in ulduzlarının “Liverpul” embleminin yanında güldükləri görülü və bu da “Liverpul” azarkeşləri qəzəbləndirib.

Ancaq daha sonra “Real Madrid”-in rəsmi səhifəsi bir video paylaşaraq məsələyə açıqlıq gətirib.

Paylaşılan videoda hadisənin təsadüf olduğu görülüb.