“Real Madrid” futbolçusu Kriştianu Ronalduya yeni müqavilə təklif edib.

Minval.info goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu yeni müqavilə təklifini qəbul etsə, ilinə 32.5 milyon avro qazanacaq. Bunun 25 milyonu maaş, qalanı isə bonus kimi nəzərdə tutulub – ÇL qalibiyyəti üçün 2 milyon avro, La Liqa çempionluğu üçün 1,5 milyon avro, İspaniya Kuboku qalibiyyəti üçün 1 milyon avro, ən yaxşı oyunçu mükafatı üçün 1 milyon avro, “Qızıl top” mükafatı üçün 1 milyon avro, Piçiçi mükafatı üçün 500 min avro, əlavə 500 min avro da ekstra oyunlar üçün.

Bu təklif Ronaldunu özündən çıxarıb. Neymar və Messinin qazancından aşağı olan bu məbləğə əsəbiləşən Ronaldu Madrid klubundan 40 milyon avro maaş tələb edir. Tələbi yerinə yetirilməyəcəyi təqdirdə komandadan ayrılmağı düşünür.

Minval.info