İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan istefa qərarı qəbul edib.

Minval.info xəbər verir ki, 46 yaşlı mütəxəssis qərarını bu gün mətbuat konfransında açıqlayıb.

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”ə 4 yanvar 2016-cı ildə baş məşqçi təyin olunub.

O, komandanın başına keçdikdən sonra bir sıra nəaliyyətlər əldə edib.

Minval.info