“Real” yeni çalışdırıcısının adını açıqlayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Xulen Lopeteqinin istefaya göndərilməsindən sonra müvəqqəti olaraq komandaya rəhbərlik edən Santyaqo Solarinin baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.

Gənc mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Real” buna qədər Solarinin başçılığı altında 4 oyun keçirib və hər birində qələbə qazanıb. Komanda 12 turdan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider “Barselona”dan cəmi 4 xal geri qalır.