“Real”ın ötən mövsüm “Bavariya”ya icarəyə verdiyi Xames Rodrigesin yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduz karyerasını “Atletiko”da davam etdirəcək.

Artıq Madrid klubları transferi razılaşdırıb. “Atletiko” 28 yaşlı futbolçu üçün “Real”a 40 milyon avro ödəyəcək. Rodriges yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.