Ərdoğanı təhqir edən türk müğənni həbs edildi

Musiqiçi Suavi prezident Ərdoğanı təhqir etdiyi üçün məhkəməyə çıxarılmışdı.

Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə sənətçiyə 11 ay 20 gün həbs cəzası verilib.

Musiqiçinin vəkilləri müvəkillərinin ifadə azadlığının pozulduğunu bildirərək bəraət verilməsini tələb ediblər.

Məhkəmə isə, Suaviyə 1 il 2 ay həbs cəzası verib. Sonradan onun cəzası 11 ay 20 günə qədər endirilib.

Daha sonra isə məhkəməyə heyəti cəzanı 14 min lirə (təxminən 6 min manat) cəriməyə çevirib.