Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa çempionatında qızıl medal qazandığına görə əslən azərbaycanlı olan atlet, 28 yaşlı Ramil Quliyevi təbrik edib.

Minval.info xəbər verir ki, Ərdoğan Ramil Quliyevə şəxsən zəng vurub. O, idmançını təbrik edib.

Qeyd edək ki, 28 yaşlı Ramil Quliyev atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarış Almaniyanın paytaxtı Berlində keçirilib.

Çempionatda Ramil Quliyev 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb.

Bu barədə idmançı “İnstagram” hesabına da yazıb. Ramil Quliyev ona göstərilən qayğı və köməkliyə görə Türkiyənin “Fenerbahçe” İdman Klubuna, Türkiyə Atletika Federasiyasına və Türkiyə Gənclər və İdman Nazirliyinə təşəkkür edib.

Bildirək ki, Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.

Minval.info