Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.

Minval.info APA-ya istinadən məlumat verir ki, medalları Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Medalla təltif olunanlar arasında Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya da var.

Musavat.com xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, yubiley medalı ilə təltif edilib.

foto1.jpg (330 KB)

foto3.jpg (124 KB)

foto2.jpg (45 KB)