“Range Rover”lə iki nəfərin ölümünə səbəb olan qəza törədən polis əməkdaşı məhkəmə önünə çıxarılır.

Minval.info xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Xatırladaq ki, hadisə bu il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib. Xəyal Məmmədov “Range Rover”lə yüksək sürətlə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil ilə toqquşub. Qəza zamanı “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olan polis serjantı Xəyal Məmmədov hadisə yerindən qaçıb. O, daha sonra həbs edilib.