“Maşın” şounun iştirakçıları media nümayəndələri ilə görüşüb və sualları cavablandırıblar. 

Minval.İnfo xəbər verir ki, xanım müğənnilər Səmra Rəhimli və Dilarə Kazımova mediada yayılan açıq-saçıq görüntülərindən danışıblar. Onlar “Siz yaymışdınız bizim açıq-saçıq geyimlərimizlə bağlı görüntüləri” sözlərini deyiblər.

Həmin an isə aparıcı Ranar Musayev onlara “Soyunmazdınız, göstərməzdilər” cavabını verib.

Dilarə isə daha sonra “Bu da lazımdır. Hərə bir şeylə yadda qalır: geyimlə, səslə, oyunla. Biz qışqırmırıq, oynayırıq” sözlərini deyib.

Səmra isə “Demək, biz geyimlərimizlə kiminsə diqqətini çəkmişik” cavabını verib.

Minval.İnfo