Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol polisində yeni təyinatla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Fəqan İsmayılov buna qədər Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırdı.(Avtosfer.az)