Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov xalq artisti Mənsum İbrahimovu təltif edib.

Minval.İnfo xəbər verir ki, bu barədə M.İbrahimov sosial şəbəkədə məlumat yayıb.

“Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cənabları tərəfindən bu gün fəxri fərmanla təltif olundum”, – o qeyd edib.