Daxili işlər orqanlarında daha bir təyinat olub.

Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.