Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev növbəti uğuruna imza atıb.

ONA-nın məlumatına görə, dünya və Avropa çempionu Qətərin Doha şəhərində keçirilən “Brilyant Liqa” yarışında fərqlənib.

O, 200 m məsafəni 19,99 saniyəyə qət edib. Bu nəticə ilə ən yaxın izləyicisini 0,20 saniyə qabaqlayan R.Quliyev yarışın qalibi olub.

Qeyd edək ki, bu nəticə idmançıya Olimpiya lisenziyası qazandırıb. R.Quliyev 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.