Dünən “Maşın” şounun iştirakçısı vayner Hüseyn Əzizoğlu oyunu minlərlə insanı qəzəbləndirəcək seçimi ilə yadda qaldı.

Minval.info xəbər verir ki, bu səbəbdən H.Əzizoğlu insanlar tərəfindən tənqid olundu. Eyni zamanda, onu xeyli insan təhqir etdi və ünvanına açıq ağır söyüşlər söydü.

Bundan əlavə, “papa” və “mama” mövzusuna görə H.Əzizoğlunun hər iki müğənninin – Abbas Bağırov və Roza Zərgərlinin əlindən tutduğunu əks etdirən foto hazırlanaraq sosial şəbəkələrdə paylaşıldı.

Vaynerin həmkarları Rəsul Abbasov və Mənsur Şərif də Əzizoğluna söz atmağı unutmayıb. Onlar bir neçə saniyəlik video hazırlayaraq Hüseyni “papa” və “mama” mövzusunda ələ salanlara qoşulublar.

Samir / Minval.info