“Şəkidə baş vermiş hadisə ilə bağlı Dövlət Turizm Agentliyinin rəhbərliyi hadisə yerinə yollanıb”.

Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib:

O deyib ki, yaralıların əksəriyyəti ambulator yardım alandan sonra evə buraxılacaq:
“4 nəfər orta və ağır xəsarət alıb. Xəsarət alanlar arasında həm xarici, həm də yerli vətəndaşlar var. Hüquq-mühafizə orqanları ilə birgə araşdırmadan sonra daha geniş məlumat veriləcək. Hazırda Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedir”.

Qeyd edək ki, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb.