Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi saytına girişdə problemlər yaranıb.

Axar.az xəbər verir ki, Vergilər Nazirliyi, Gömrük Komitəsi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və ümumiyyətlə, əksər rəsmi saytlara (gov.az domenlərinə) daxil olmaqda çətinlik var.

Yaranan problemlə bağlı rəsmi açıqlama verilməyib.

Daha sonra rəsmi saytlara giriş tam bərpa olunub.

Minval.İnfo