Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair həll variantının tapılmasına kömək edir.

Minval.info apa-ya istinadən məlumat verir ki, bunu bu gün Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö  Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

O, deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var.

Onun sözlərinə görə, mövcud status-kvo həll variantı deyil:

“Biz sülhü və regionda stabilliyi istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik”.