“Gündən-günə” verilişinin qonağı xalq artisti Rafiq Hüseynov (Rəmiş) və həyat yoldaşı Gülü olub.

Axşam.az-ın məlumatına görə, proqram zamanı gözlənilməz hadisə yaşanıb. Veriliş zamanı studiyaya Rəmişlə qalmaqal yaşayan gitara ifaçısı Rəhman Məmmədli daxil olub.

Onun barışıq addımı Rəmiş tərəfindən cavabsız qoyulub. Aparıcı Əkbər Əlizadə Rəmişin Rəhmanla duet oxumasını istəyib. Amma Gülü buna icazə verməyib. Hətta Gülü onu bağışlamadığını söyləyərək studiyadan gedib.

Həyat yoldaşının studiyadan getdiyini görən Rəmiş onun arxasınca gedib.