Müğənni Niyam Salami həmkarı Rəhim Rəhimlinin ona rəhbəri olduğu “Muz” TV-də qadağa qoymasına münasibət bildirib.

Minval.info xəbər verir ki, bu barədə həmkarı ilə telefon əlaqəsi saxlayıb və aydınlıq gətirib:

“Rəhimdən incimirəm. Zəng edib danışmışıq. Mən Azərbaycan müğənnisiyəm. Gərək yaxşı iş ortaya qoyaq ki, televiziyada yayımlansın, insanların zövqüncə olsun. Yəqin, o belə məsləhət görüb, danışıb aydınlaşdırmışıq. İndiyə kimi klip çəkdirmək istəmirdik. Çünki klip kanalı yox idi, telekanallar baha qiymət qoymuşdu. İndi “Karusel” adlı yeni klipimi təqdim etmişəm, hamı bəyənib. Rəhim bəyənməsə, kanalda yayımlamasa, babalı onun boynuna olsun”.