Картинки по запросу ruslan qurbanovMinval.info əməkdaşı futbol üzrə milli komandanımızın üzvü olan Ruslan Qurbanovdan müsahibə alıb. Hazırda heç bir klubda forma geyməyən hücumçuya “Səbail” “Keşlə” matçını izələyərkən yaxınlaşdıq.

-Ruslan, “Səbail”dən ayrıldın, indi hansı kluba keçməyin gözlənilir ?

-Bir neçə klubla danışıqlar gedir, adlarını hələ açıqlamaq istəmirəm.

-Bizdə olan məlumata görə, ölkə xaricindən təkliflər almısan, doğrudurmu ?

-Bəli, 3 ölkədən təklif var – Kipr, Polşa, Yunanıstandan.

-Hansı ölkəyə getməy daha uyğun görürsən?

-Sözün düzü, fərq etmir. Mənə ona görə, şərtləri və şəraiti yaxşı olanı dəyərləndirməyə çalışacağam.

-Qarşıdakı mövsümdə əsas məqsədin nədir ?

– Zədəsiz mövsüm arzulayıram, həm özümə, həm başqa futbolçulara və əsas məqsədlərdən biri çoxlu qollar vurub, bombardir olmaqdır.

– “Səbail”dən hansı hisslərlə ayrılırsan?

– Mən çox şadam ki, bu komandanın bir parçası oldum.”Səbail”ə Avrokuboklarda uğurlar arzu edirəm. Həmçinin “Qarabağ, “Neftçi” və digər klublarımıza da.

 

Ağa Dadaşzadə