UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə sabah baş tutacaq ilk oyunundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Oxu.Az xəbər verir ki, Qurbanov BATE ilə görüş haqda danışıb:

“Rəqibimiz çox ciddi komandadır. Turnirdə çox böyük təcrübəsi var. Çalışacağıq ki, sabah səhvsiz oynayaq və cavab oyununa əlverişli hesabla gedək.

BATE hazırda Belarus çempionatında ilk sırada gedir. Amma çempionatla Çempionlar Liqası fərqli turnirdir. Burda rəqib daha çox düşünməyə məhkumdur.

Rəqib baş məşqçinin “Qarabağ”a uduzsaq, bizim üçün sürpriz olacaq” fikrinə reaksiya vermək istəmirəm. Hər məşqçinin öz futbolçularını motivasiya etmək üsulu var.

Rəqib haqda ətraflı məlumata malikik. Onlar yerli çempionatda doqquz qələbə qazanıb, bir heç-heçə ediblər.

Hakimlik haqda? Mən “Inter”lə oyundan bərbad hakimlik olacağını gözləmirəm”.

Minval.İnfo