Azərbaycanın tanınmış hüquqşünaslarından biri olan Qurban Məmmədov mühacirətə gedib.

Bu barədə GUNUNSESİ.İNFO-ya hüquqşünasa yaxın mənbələrdən bilgi verilib. Məlumatda bildirilir ki, hazırda Böyük Britaniya Krallığında olan Qurban Məmmədovun bu addımı atmasına səbəb onun yenidən həbs olunma ehtimalı olub.

Sayta açıqlamasında Qurban Məmmədov siyasi mühacir olduğunu təsdiqləyib: “Təəssüf ki, buna məcbur elədilər”.

Qeyd edək ki, Qurban Məmmədov bir neçə dəfə siyasi məhbus həyatı yaşayıb.