Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabbat Suriya ilə bağlı üçtərəfli danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.

Məlumata görə, görüşdən əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu qonaqları salamlayıb və nitq söyləyib. Bundan sonra nümayəndə heyətlərinin də iştirakı ilə şəkil çəkdirmə mərasimi keçirilib. Açılış mərasimindən əvvəl Patruşev, Bolton və Ben Şabbat ayaqüstü söhbət ediblər.