Keçən il Rusiyada təxminən 1,5 milyon uşaq dünyaya gəlib. Eyni zamanda, abort sayında rekord qeydə alınıb. Ötən bir ildə 567 min uşağın doğulmasına imkan verməyiblər.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Anna Kuznetsova bu faktı açıqlayıb: “Böyük bir nəsil məhv edilib”.

Uşaq məsələləri üzrə ombudsman başqa problemli məsələyə də toxunub. Rusiyada ölənlərin sayı doğulanlardan çox olur. 2016-cı ildən bu tendensiya artan xətlə davam edir. Keçən il ölənlərin sayı 218 min nəfər çox olub.