ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi Nadir Qafarzadə olub.

“Dərgi.az”ın məlumatına görə, ifaçı oğluna görə qızların hücumuna məruz qaldığını deyib:

“Artıq oğlumun sayəsində məşhur olmağa başlayıram. Çox yazırlar. Azərbaycanda Hindistan adət-ənənəsi başlayıb. Qızlar oğlana elçi düşürlər. Sakit olun, onsuz da bir nəfər olacaq. Kimin bəxtinə düşəcəksə düşəcək. Mən gənc vaxtımda baba və qayınata olmaq istəyirəm”.

Qeyd edək ki, Nadirin Loğman və Əziz adlı iki övladı var.