Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan baş direktoru Qüdrət Şükürovun qardaşı Namiq Şükürov da vəzifəsindən azad edilib.

Minval.info GoldNews.Az-a istinadən xəbər verir ki, Lifttəmir İstehsalat Birliyinin Temp Dövlət Müəssisəsinin Baş mühəndisi Şükürov Namiq Balaməmməd oğlu işdən çıxarılıb.

Temp Dövlət Müəssisəsindən bildirilib ki, hazırda N.Şükürov işdə deyil.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı müvafiq əmrə əsasən “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Məlumat üçün bildirək ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə yadda qalıb. Sonuncu dəfə o, qızına 400 minlik toy etməklə gündəmə gəlmişdi.