Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazprom-Ermənistan” şirkətində iri maliyyə pozuntularının aşkarlanması barədə əsassız məlumat yayıb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Qazprom-Ermənistan”ın bəyanatında deyilir.

“Şirkətdə kompleks yoxlama oktyabrın 1-də başlayıb və bu günə kimi davam edir. İndiyə qədər komitə vergi qanunvericiliyinin müddəalarının pozulması haqqında hər hansı epizod təqdim etməyib”, – şirkətdən bildirilib.

“Heç bir sübut göstərilməyib. Komitənin bu cür fəaliyyəti şirkətin işgüzar nüfuzuna xələl gətirə və fəaliyyətinin normal axarını poza bilər. Ermənistanın ən iri vergi ödəyicisi olan “Qazpom-Ermənistan” hər zaman vergi qanunvericiliyi çərçivəsində fəaliyyət göstərib”, – bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazpom-Ermənistan” şirkətində iri maliyyə pozuntularının aşkarlanması haqqında məlumat yayıb.