Qazaxıstanın paytaxtı Astananın ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılması barədə qərar qəbul edilib.

ONA-nın məlumatına görə, Qazaxıstan parlamentinin hər iki palatası paytaxtın Nursultan adlandırılması barədə Konstitusiyaya dəyişikliyi dəstəkləyib.

Parlamentin sədri Nurlan Niqmatulin deyib ki, Qazaxıstan prezidenti referendum keçirilmədən paytaxtın adının dəyişdirilməsi barədə təklifi parlamentə təqdim edib. Paytaxtın Nurlustan adlandırılması barədə yekun qərarı isə Konstitusiya Şurası qəbul edəcək. Daha sonra sənədi Qazaxıstan prezidenti imzalamalıdır.