Ötən gecə Qazaxıstanın Manqistau vilayətində neft yatağında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Minval.info saytı musavat.com-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 19 may saat 22.22 radələrində “Kommunay” yatağında təmir edilən quyuda  40 kv.m sahəni əhatə edən yanğın olub. Yanğın 2 saat ərzində, 20 may gecə saat 00.23 radələrində söndürülüb. Hadisə nəticəsində yanıq xəsarəti alan “M-Texservis” şirkətinin 1986-cı il təvəllüdlü əməkdaşı ölüb, 3 nəfər  xəstəxanaya yerləşdirilib.