Image result for qaz çəkiləcəkUzun müddətfdir Xətai rayonun Elektrik İstilik Mərkəzi adlanan qəsəbə sakinləri qazın təzyiqinin çox olmasından şikayət edirlər. Həmçinin eyni vəziyyət şəhərin bir çox qəsəbələrində də müşahidə olunur.

Bizimyolinfo.com saytına gələn şikayətlərə əsasən, əraziyə verilən qaz şam işığından da zəifdir və artıq 15 gündür bu vəziyyət davam edir. Eyni şikayəti Əhmədli qəsəbəsinin və bir sıra yaxın qəsəbələrin sakinlərindən, həmçinin buraya əks istiqamət sayılan Xırdalan şəhər sakinlərindən də eşitdik. Bahar gəlsə də havalar isinməyib.

“Azəriqaz” yay reiminə keçid edibsə, bu keçidin də müyyən forması olmalıdır. Verilən qaz evdə çay qaynatmağa, yemək bişirməyə yetişməyəcək həddədir. Qaynar xəttə zəng edirsən, saatlarla  gözləmə reimində qalırsan, ya da ümumiyyətlə, məşğul siqnalı gəlir. Bunun iki səbəbi ola bilər. Ya qazın təzyiqi ilə bağlı problem çox yerdə var, qaynar xəttə gələn zənglərin də həddi-hüdudu yoxdur, cavablayıb çatdıra bilmirlər, ya da ümumiyyətlə, müraciətlərə etinasızlıq göstərirlər.