Dünən Qəbələ rayon sakini Sevinc Mənsimovanın qayınatası barədə irəli sürdüyü ittihamlar gündəm mövzusuna çevrilib. Belə ki, qadın ərinin atasının ona intim təklif etdiyini iddia edib. Qaynatası Cavanşir Mənsimov isə gəlininin dediklərininin böhtan olduğunu söyləyib və onun ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Minval.info xəbər verir ki, S.Mənsimova “Səni axtarıram” verilişinə çıxaraq əri Rəsul Mənsimovu axtardığını bildirib. Onun deməsinə görə, həyat yoldaşının ailəsi ərini ondan gizlədir.

“Rəsul polis şöbəsində dedi ki, məcburam, bağışla məni, övladımı və səni atmıram. Rəsmi qaydada nikaha daxil olmuşuq. O, məni qaçıranda valideynləri narazılıq edirdi ki, “qız kasıbdır, biz varlı yerdən istəyirik”. Bir övladımız var, ay Rəsul, qurban olum, qayıt” – deyən Sevinc ağlamağa başlayıb.

Mənsimovanın sözlərinə görə, evlilikdən əvvəl həyat yoldaşı ilə 3 ay tanışlıqları olub və Rəsul ondan münasibətlərinin rəsmiləşməsi istəyib, amma oğlanın ailəsi bundan xəbər tutmayıb:

“Anam mənə dedi ki, onunla getmə, ailəsi səni istəməyəcəklər. Oğlanla Qəbələdə tanış olmuşduq. Anamla xəstəxanaya getmişdik, onun anası da, bacısı da oradaydı. Bacısı mənim nömrəmlə qardaşına zəng vurdu, ondan sonra votsapla Rəsulla danışmağa başladıq”.

Xatırladaq ki, Sevincin qaynatasının iddiasına görə, gəlininin şikayəti ilə 4 nəfər həbs edilib.

Minval.info