Türkiyənin Düzcə kəndində bir qadın qaynanası və eltisinə qarşı amansızlıq törədib.

Minval.info xəbər verir ki, gəlin dalaşdığı qayınanasının başını çaydanla yarıb, eltinin üzərinə isə qaynar su töküb.

Onlar arasında mübahisənin səbəbi bilinmir. Yaralı qadınların səslərini qonşular eşidərək gəliblər.

Ağır dərəcəli yanıq xəsarətləri alan elti və başı yaralanan qayınana xəstəxanaya yerləşdirilib. Gəlin isə qaçmağa çalışsaq da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İlkin ifadəsində gəlin Zevcan əməlinə görə peşman olmadığı bildirib.

Minval.info