Səudiyyə Ərəbistanının vətəndaşı olan jurnalist Camal Qaşıqçını qətlə yetiıən 15 nəfərlik sui-qəsdçi qrup izi itirmək üçün ağlagəlməz üsula əl atıblar.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, həmin adamlardan biri Qaşıqçının paltarını öz əyninə keçirib və bir müddət şəhərdə dolaşıb.

Sui-qəsçdilərin bununla Camal Qaşıqçının guya konsulluqdan çıxdığı görüntüsünü yaratmaq istədiyi bildirilir. Həmin adam yalançı saqqal və eynək taxaraq Sultan Əhməd məscidi tərəflərdə bir qədər dolaşıb.

Xəbərdə həmin adamın adı da verilib. Bu 57 yaşlı Mustafa Əl Madanidir. Madaninin Qaşıqçı ilə təxminən eyni yaşda olması, üstəlik, bədən ölçülərinin uyğun gəlməsi onun əvvəldən bu vəzifə üçün gətirildiyini göstərir.

Sui-qəsdçilər Qaşıqçının tək gəlmədiyini, daha doğrusu, nişanlısı Xədicə Cengizin konsulluğun xaricində gözlədiyini bildikləri üçün Madanini binanın arxa qapısından çıxarıblar.