Başqaları da öldürüləcək, xəritələr dəyişəcək... – 100 il əvvəlki PLAN DÄ°RÄ°LDÄ°“Kim nə deyirsə-desin, Camal Qaşıqçı cinayəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa təlimatı ilə reallaşmışdır. Türkiyəyə göndərilən cinayət qrupu tamamilə onun yaxın ətrafından ibarətdir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şəfəq” nəşrində siyasi şərhçi İbrahim Karagül yazıb.

“Bu cinayətdə, ya da əməliyyatda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İsrail kəşfiyyatları birgə çalışıb. Cinayət ABŞ kəşfiyyatının birbaşa bilgisi ilə törədilib. Cinayət Məhəmməd bin Salman, BƏƏ-li Məhəmməd bin Zeyd və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner üçlüyü üzərindən bütün bölgədə həyata keçirilən yeni layihə çərçivəsində işlənmişdir. Bu, layihə çərçivəsində atılan addımlardan biridir. Qaşıqçı cinayəti əllərində partlamasaydı, daha çox adam bu şəkildə məhv ediləcəkdi. Üstəlik, onlar yalnız Səudiyyə Ərəbistanının vətəndaşları ilə kifayətlənməyəcəkdilər. Bu siyahı əllərindədir”, – o qeyd edib.

Yazarın sözlərinə görə, Türkiyənin dünyanı ayağa qaldırması ilə layihə çox ciddi yara alıb. İbrahim Karagül qeyd edir ki, layihə həmçinin, “İranla müharibə və Türkiyəni hərəkətsiz qoymaq” layihəsidir:

“Bu, ərəb blokunu İranla savaşdırmağa, bu savaş zamanı Türkiyənin əl-qolunu bağlamağa, bu məqsədlə da Ərdoğan və ətrafını iqtidardan uzaqlaşdırmağa yönəlik bir plandır. Məhəmməd bin Salman və Məhəmməd bin Zeyd layihəsi Camal Qaşıqçının öldürülməsindən daha dərindir, daha uzunmüddətlidir. Cinayətlərdən daha dəhşətlisi Bəsrə Körfəzi ilə Qırmızı dəniz arasında bütün xəritələri dəyişdirəcək, bu məqsədlə lazım olsa, daxili savaşlar çıxaracaq, lazım olsa istilaların önünü açacaq böyük bir hesabın olmasıdır. Bu hesabda “düşmən” siyahısının başında hesab edildiyi kimi İran deyil, Türkiyə var. Çünki Ərdoğan və Türkiyə ərəb küçələrinə fövqəladə təsir edir və istiqamətləndirir. Məhəmməd bin Salman və Məhəmməd bin Zeyd layihəsi I Dünya müharibəsindən sonra Türkiyə əleyhinə ən təsirli planlaşdırmadır. Camal Qaşıqçının öldürülməsi bu layihəni ifşa etdiyi üçün çox ciddi bir hadisədir”.