Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl dərdini danış” verilişində daha bir məsələ işıqlandırlıb.

Minval.info xəbər verir ki, İmişlidən verilişə müraciət edən Teyyub bəy qardaşının ölümündə gəlinlərini günhalandırıb.

“Onlar boşanacaqdı. Səhər qardaşım işə gedəndə arvadına deyib ki axşam evdə ya sən qalacaqsan, ya mən. Axşam qardaşım evə gələndə bizə zəng ediblər ki, qardaşınız ölüb. Bizə deyirlər ki, Hikmət qapıya çatanda yıxılıb dünyasını dəyişib”.

Hadisə yerinə baş çəkən teleaparıcı ölümün baş verdiyi ərazidə olub. Qardaşlar iddia edib ki, Hikmət sağlam biri olub.

“Arvadı deyir ki, qapını açdıq gördük ölüb. Amma yalan deyir. Qardaşım arvadının əxlaqında da problemlər var idi”, – deyə qardaşlar əlavə edib.

Amil Xəlil daha sonra adı çəkilən xanımla da əlaqə saxlayıb.

Ölümdə günahladırılan Xəyalə xanım iddiaların yalan olduğunu bildirib: “Onlar evimi əlimdən almaq üçün mənə şər atırlar. Mən qapını açanda gördüm ki, keçinib”.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır