Çinin şərqindəki Çjetszyan vilayətində köhnə evi sökməyə hazırlaşan mühəndislər evdə qaranquş yuvası aşkar olunduqdan sonra işləri təxirə salıblar.

Bu barədə “People Daily” xəbər verir.

Geoloji baxımdan təhlükəli bölgədə yerləşən evi sökməyə gələn mühəndislər civilti eşidəndən sonra 4 yuva, qaranquş balaları və yumurtalar aşkar ediblər.

Onların müraciət etdiyi ekologiya şöbəsi quşlara toxunmamağı tövsiyə edib.

Beləki, qaranquşlar balalarına hopan insan qoxusuna görə onlardan imtina edə bilər.

Söküntü işləri quşlar yuvanı tərk edəndən sonra bərpa olunmalıdır.

Çində yeni salınmış məhəllələrdə yeni binalarla əhatə olunan köhnə evlərə rast gəlmək olar ki, onların sahibləri vaxtilə evdən çıxmağa razılaşmayıblar.

Lakin belə görünür, indiyədək quş yuvasına görə evin sökülməsinin dayandırılması halları qeydə alınmamışdı. (Milli.Az)