Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Minval.info-nun xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olacaq. Borisov Arenada baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı latviyalı hakimlər briqadası idar edəcək. Oyunun baş hakimi Andris Treymanis, köməkçi hakimlər isə Haralds Qudermanis, Alekseys Spasyonņikovs və Aleksandrs Qolubevsdir.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalıdır.

Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.

 

Minval.info