“Qarabağ”ı izləyən Avropa nəhəngləri“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Minval.info xəbər verir ki, Ağdam təmsilçisi Belarusun BATE komandasını üstələyəcəyi təqdirdə Hollandiya çempionu ilə üz-üzə gələcək.

Beləliklə, hazırkı çətin mərhələdən sonra “Qarabağ” növbəti dəfə güclü  PSV komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” və BATE komandaları arasında ilk matç sabah saat 21:00-da Bakıda keçiriləcək. Cavab matçı bu ayın 14-də, eyni vaxtda Borisovda baş tutacaq.

Minval.info