“Qarabağ”ın futbolçusu Gəncədə daşa basıldı -FOTO

“Qarabağ”Topaz Premyer Liqasının 23-cü turunda Gəncədə “Kəpəz”in qonağıdır.

Minval.İnfo “Sportal.az”a istinadən xəbər verir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar.

Fanatlardan biri onun başına daşla vurub. Yerə yıxılan haitili futbolçuya həkim yardım göstərib. Yarımmüdafiəçi oyunu davam etdirə bilib.