“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəyi oyunların vaxtı açıqlanıb.

Minval.info-nun klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar arasında ilk görüş avqustun 7-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra – ayın 14-də “Borisov Arena”da keçiriləcək. Həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ikinci təsnifat mərhələsində Albaniya “Kukesi”sini, BATE isə Finlandiyanın HİK klubunu mübarizədən kənarlaşdırıb.