Image result for qarabağ HalldorssonMəlum olduğu kimi, dünən axşam saatlarında “Qarabağ”ımızın qapıçısı Hannes Tor Halldorsson evinə yollanarkən, yol nəqliyyat hadisəsi baş verib.

Minval.info xəbər verir ki, Ağdam klubunun rəsmi sosial şəbəkə hesabında bununla bağlı açıqlama verilib.

“Qarabağ”dan bildirilib ki, qolkiper idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub:

“Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb”.

Eyni zamanda qeyd edilib ki, yaralı ciddi xəsarət almayıb, sadəcə, sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə edib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir.

“Qarabağ” yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını diləyir.