“Qarabağ”dan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü karyerasını Avstriyada davam etdirəcək.

Belə ki, millimizin üzvü bu ölkənin Bundesliqasında çıxış edən “Mattersburq”a keçəcək. Bu barədə klub prezidenti Martin Puxer məlumat verib.

Ramil Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsusdu və “Qarabağ”da icarə əsasında çıxış edirdi. Avstriya klubunun onu icarəyə götürəcəyi və ya transfer hüqununu alacağı açıqlanmayıb.

Qeyd edək ki, Rusiya “Zenit” klubunun yetirməsidi. O, bu ölkədə “Rubin”in də formasını geyinib (icarə əsasında). 2016-cı ilin yayında “Trabzonspor onu 169 min avroya transfer edib. Sonradan Slovakiyanın “Jilina” klubuna icarəyə verilən 22 yaşlı hücumçu ötən yaydan “Qarabağ”da çıış edir. O, Ağdam klubunun heyətində 19 oyuna çıxaraq 1 qol vurub. Şeydayev 2016-cı ildən dəvət aldığı milli komandamızda 10 oyun keçirərək 1 qola imza atıb.

Minval.info