“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Minval.info xəbər verir ki, təmsilçimiz Sloveniyanın “Olimpiya” komandasının qonağı olub.

Matçın ikinci hissəsində “Qarabağ” 79-cu dəqiqədə istəyinə çatıb. Donald Gerrye dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb.

Bundan sonra oyunda gərginlik artıb və rəqib komanda 85-ci dəqiqədə azlıqda qalıb. Belə ki, “Olimpiya”nın oyunçusu İssah Abass qırmızı vərəqə alıb.

90+1-ci dəqiqədə isə Qara Qarayev qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.