Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. 

Minval.info-nun xəbərinə görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların da Avroliqadakı rəqibləri bəlli olub.

 “Qarabağ” BATE səddini keçə bilməsə, “Şerif” (Moldova) / “Valür” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Ağdam klubu sözügedən komandalardan birinə rəqib olsa, Avroliqada pley-off-un ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.