“Qarabağ” – “Arsenal” oyunundan sonra azarkeşlərin stadionu tərk etməsində problem yaşanıb.

Minval.İnfo xəbər verir ki, görüşün keçirildiyi Bakı Olimpiya Stadionunu tərk etmək istəyən azarkeşlər məcburiyyətdən körpüyə dırmaşmalı olub. Onlar sıxlığa görə təhlükəli üsulla oranı tərk ediblər.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyununa 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılmışdı.

Azarkeşlər stadiona giriş və çıxışda çətinliklərlə üzləşiblər.

Minval.İnfo